"Qətərin OPEK-i tərk etməsi neftin qiymətinə təsir etməyəcək"

Qətərin OPEK-i tərk etməsi neftin qiymətinə təsir etməyəcək. SİA-nın xəbərinə görə, bunu "Petroleum World" enerji agentliyinin rəhbəri, neft analitiki Elio Oep deyib.

"Xeyr Qətərin təşkilatı tərk etməsi qəti şəkildə neftin qiymətinə təsir etməyəcək. Neftin qiymətinin dəyişməsi əsasən Rusiya və Səudiyyə Ərəbistanından asılıdır. Çünki, burada əsas oyunçular onlardır, digərlərinin isə bu gün deməyə sözü yoxdur", - deyə ekspert söyləyib.

Onun fikrincə, İraqdan başqa digər, nəzərə çarpan mövqeyə malik olan neft oyunçuları indiki mövqeyə qoşula bilərlər.

Qeyd edək ki, 57 ildir OPEK-in üzvü olan Qətər dekabrın 3-də təşkilatdan çıxacağını açıqlayıb. Ölkə diqqəti qaz istehsalına yönəltməyi planlaşdırır. Qətər öz qərarını Vyanada OPEK-ə daxil olan ölkələrinnazirlərinin toplantısında elan edib. Çərşənbə günü, Vyanada OPEK+ Monitorinq Komitəsinin iclası keçirilib. Dekabrın 7-də isə OPEK + sazişinə qatılan 25 ölkənin nazirlərinin görüşü keçiriləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə