Neft-qaz sənayesində Milliləşdirmə Proqramının hesabat toplantısı keçirilib TƏDBİR

Bu gün, 5 dekabr tarixində Azərbaycan neft-qaz sənayesində Milliləşdirmə Proqramının beşinci ildönümü ilə bağlı hesabat toplantısı keçirilib. SİA xəbər verir ki, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və digər rəsmi şəxslər iştirak edib.

Əvvəlcə Milliləşdirmə Proqramının nailiyyətlərindən bəhs edən “Uğur hekayələri” filmi nümayiş olunub. Tədbirdə əvvəlcə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Daha sonra Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və başqaları çıxış edib. Çıxışlarda Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərində milliləşdirmə üzrə göstəricilərin yüksək olduğu bildirilib, görülmüş işlərin yerli mütəxəssislərin transmilli şirkətlərin neft-qaz əməliyyatlarında daha səmərəli iştirak etməsinə və əhalinin məşğulluğunun artırılması istiqamətində yeni əmək bazarının formalaşmasına şərait yaradacağı vurğulanıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə