Büdcə təşkilatları elektrik və istilik enerjisi sərfini artırıb

Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 603,2 mln. kVt saat elektrik və 225,2 min Qkal istilik enerjisindən, 100,3 mln. kubmetr təbii qazdan istifadə edilib. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 3,8%, istilik enerjisindən 33,2% çox istifadə edilib, təbii qazdan istifadə isə 5,6% azalıb.

Hesabat dövründə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatların istifadə etdiyi elektik enerjisinin dəyəri 144,2 mln. manat, istilik enerjisinin dəyəri 6 mln. manat, təbii qazın dəyəri isə 20 mln. manat təşkil edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə