İmişlidə pambıq sahəsində kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılacaq

Kənd Təsərrüfatı Nazirliyi İmişli rayonunda pambıq sahələrindən birində qeydə alınan kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparacaq. SİA-nın məlumatına görə, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib. A.Hüseynov hazırda kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərliyi ilə böyük nümayəndə heyətinin hadisə yerinə ezam olunduğunu deyib: "Müvafiq araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...