Azərbaycan xaricə ixrac etdiyi məhsulların sayı artıb

Ötən il Azərbaycandan Almaniyaya 80 min dollar dəyərində nar şirəsi ixrac edilib.

SİA-nın məlumata görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov bu gün ixracla bağlı keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, artıq bu ildən başlayaraq Qırğızıstana 30 min dollarlıq üzüm və şərab ixrac ediləcək: “Bu müqavilə Qazaxıstanda keçirilən ixrac missiyaları çərçivəsində baş tutub”.

R. Məmmədov deyib ki, artıq Birləşmiş Ərəb Əmirliklərinə 100 min dollar dəyərində qənnadı məhsulların ixracı təmin edilib. Bundan başqa, bu ölkəyə 233 min dollarlıq fındıq ixrac olunacaq.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə