Ötən il Azərbaycanda bu məhsulların istehsalı artıb

2017-ci ildə kompüter, elektron və optik məhsullar, elektrik avadanlıqları istehsalı sahələrində 251,2 milyon manatlıq məhsul buraxılıb. 2016-cı ilə nisbətən kompüter, elektron və optik məhsulların istehsalı 25,5 faiz, elektrik avadanlıqları istehsalı isə 34,6 faiz artıb. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalında 30,5 faiz, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalında 56,1 faiz, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik naqillərinin istehsalında 39,1 faiz artım qeydə alınıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə