Gömrükçülər xeyli sayda pirotexniki vasitə müsadirə edib

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsinin sağ və sol "karniz"lərinin içərisində 355 ədəd pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə