Rusiya Mərkəz Bankı, gözlənilməz bir şəkildə uçot dərəcəsini azaldıb. SİA xəbər verir ki, uçot dərəcəsi 8,25%-dən 7,75%-ə endirilib.

Bankın açıqlamasında bildirilir ki, neft hasilatının azaldılması sazişinin uzadılması ilə bağlı olaraq üfüqdə risklər azdır. Bunu nəzərə alaraq Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 50 bazis bəndi azaldıb.

Bloomberg-in sorğusuna qatılan 33 iqtisadçının hamısının gözləntisi, bankın faizi 25 bənd endirəcəyi istiqamətində idi.

Bankın açıqlamasında 2018-ci ilin ilk yarısında faizin yenidən endirilə bilinəcəyi qeyd olunub.

Qərarın ardından Rusiya rublu, ABŞ dolları qarşısında təxminən 0.4 faiz geriləyib

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə