Özbəkistanın review.uz portalı Azərbaycanın turizm sənayesindən yazıb

Daşkənddəki review.uz portalı Azərbaycanın turizm sənayesi haqqında rus dilində geniş material verib.

SİA xəbər verir ki, məqalədə Azərbaycanda turizmin inkişafına böyük diqqət yetirildiyi vurğulanır.

Bildirilir ki, 2025-ci ilə qədər Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunun regionun ən böyük hava limanı olması istiqamətində güclü iş aparılır. Belə ki, hazırda aeroport Avropanın 49 hava limanından təyyarələr qəbul edirsə, 2025-ci ilə qədər bu rəqəmi 100-ə çatdırmaq niyyətindədir.

Yazıda bildirilir ki, 2020-ci ilə qədər Azərbaycanda açılacaq iş yerlərinin 4,5 mini turizm sahəsini əhatə edəcək.

Materialda Azərbaycanda qış turizminin inkişaf etdirilməsi perspektivləri, dağ, kənd və səhiyyə turizminin daha da cəlbedici olması üçün görülən işlər haqqında da məlumat verilir.

Azərtac

Bütün xəbərlər Facebook səhifəmizdə