Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsinin müzakirəsi olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” üzrə yaradılan işçi qrupunun müzakirəsi keçirilib.

SİA-nın məlumatına görə, müzakirədə Prezident Administrasiyası ilə yanaşı, həm də Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və işçi qrupuna daxil olan digər qurumların nümayəndələri də iştirak ediblər.

Strateji yol xəritələrinin icrası vəziyyəti və planlaşdırılan tədbirlərin daha təfsilatlı müzakirəsi aparılıb. İşçi qrupun üzvləri qarşıda duran vəzifələrin həlli ilə bağlı Prezident Administrasiyası və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə aid suallara aydınlıq gətiriblər. Qeyd olunub ki, milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsinin icrası üçün cavabdeh qurumlar nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə icrası üçün bütün resursları mobilizasiya ediblər. Strateji yol xəritələrinin icrası, monitorinq və qiymətləndirmə mexanizminin qurulması iqtisadi islahatların dönməz və sistemli xarakter almasına töhfə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə