Keçən ay Naxçıvanda 12 mindən artıq sərnişin dəmir yolu nəqliyyatından istifadə edib

Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyatının inkişafı diqqət mərkəzindədir.

SİA xəbər verir ki, oktyabr ayında da bu istiqamətdə bir sıra tədbirlər görülüb, “Naxçıvan Dəmir Yolları” MMC-nin Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 12 min 780 ton müxtəlif təyinatlı yük, yük-sərnişin qatarları vasitəsilə isə 12 min 284 sərnişin daşınıb.

Culfa Lokomotiv Deposunda lokomotivlər texniki baxışdan keçirilib, Culfa İstismar Vaqon Deposunda 11 müxtəliftipli vaqon cari təmir olunub. Həmçinin, Ordubad-Vəlidağ sahəsində yük-sərnişin qatarlarının fasiləsiz hərəkətinin təmin olunması məqsədilə zəruri tədbirlər həyata keçirilib, xidməti ərazidəki bütün keçidlər, yol yatağı, yoldəyişən və süni qurğular yoxlanılaraq çatışmazlıqlar aradan qaldırılıb.

Muxtar Respublikada dəmir yolu infrastrukturunun texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin davamı olaraq Culfa stansiyasında müasir tələblərə cavab verən yeni İstismar Vaqon Deposunun tikintisi davam etdirilib.

Müəllif: Ruqiyyə Nəcəfzadə
loading...