2018-ci il dövlət büdcəsinin parametrləri

2018-ci il dövlət büdcəsinin parametrləri açıqlanıb. SİA-nın xəbərinə görə, növbəti il dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat təşkil edəcək.

Beləliklə, dövlət büdcəsinin 778,7 mln. manat məbləğində kəsirlər icra olunacağı proqnozlaşdırılır.

Milli Məclisin qərarına əsasən, mərkəzləşdirilmiş gəlirlər 19 mlrd. 476,329 mln. manat, yerli gəlirlər 650,671 mln. manat, mərkəzləşdirilmiş xərclər 20 mlrd. 181,608 mln. manat, yerli xərclər 724,092 mln. manat məbləğində təsdiq edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə