Giorgi Kvirikaşvili: "Yeni saziş ölkələr arasında əməkdaşlığın inkişafına xidmət edəcək”

Bu gün Bakıda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin təbrik məktubu oxunub. SİA-nın məlumatına görə, Gürcüstanın baş naziri G. Kvirikaşvili sazişin imzalanmasının tarixi hadisə olduğunu vurğulayıb.

Baş nazir "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasının ölkələr arasında əməkdaşlığın inkişafına, rifaha xidmət edəcəyini bildirib.

Müəllif: Nailə Məhərrəmova
loading...