“Türk Hava Yolları” iki ildə 15 yeni istiqamətə uçuşlara başlayıb

“Türk Hava Yolları” (THY) iki ildə 15 yeni istiqamətə uçuşlara başlayıb. SİA-nın məlumatına görə, bu barədə “Türk Hava Yolları”nın mətbuat xidmətindən bildirilib.

Məlumat verilib ki, 2015-ci ildə THY 287 istiqamət üzrə uçuşlar həyata keçiribsə 2017-ci ildə bu rəqəm 302-yə çatıb. Həmçinin THY həftədə 5 dəfə olmaqla Azərbaycanda da 3 istiqamət üzrə uçuşlar həyata keçirir.

AZƏRTAC

Bütün xəbərlər Facebook səhifəmizdə