Azərbaycanda Hindistan mədəniyyəti FOTOLAR

Hindistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycanda Hindistan mədəniyyətinin tanıdılması ilə bağlı təqdimat keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Hindistan mətbəxi, milli musiqi alətləri və ölkənin ştatlarından görüntülər nümayiş etdirilib.

Səfir Bavitlunq Vanlalvavna qeyd edib ki, Azərbaycanda Hindistan məhsullarına, o cümlədən Hindistan çayına, düyüsünə və ədviyyatlarına böyük maraq var. Bu maraq Hindistanın Azərbaycanda kifayət qədər tanınmasına kömək edir.

Tədbirdə, həmçinin Hindistanın turizm bölgələrindən görüntüləri əks etdirən videoçarx nümayiş olunub. Bu ölkənin musiqi alətləri ilə yanaşı, milli rəqsləri də təqdim edilib.

Səfir deyib ki, belə tədbirlərin gələcəkdə daha çox keçirilməsinə çalışacağıq. Hindistan mədəniyyəti, xüsusilə filmləri Azərbaycanda məşhurdur. Lakin Hindistan mədəniyyətinin daha geniş təbliğində maraqlıyıq. Diplomat son zamanlar Azərbaycanda hindistanlı turistlərin sayının daha çox artdığını da qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə