Azərbaycanın turizm təbliğat videoçarxı dünya üzrə Qran-Pri ilə mükafatlandırıldı

Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) tərəfindən keçirilən müsabiqədə Azərbaycanın tanıtım videoçarxı “İnsanların seçimi” nominasiyasının əsas mükafatı olan Qran-Pri mükafatına layiq görülüb. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib və hər kəsi ölkəmizi ziyarət etməyə çağırıb: “Biz çox şadıq ki, Azərbaycanın turizm təbliğat videoçarxı ölkəmizin turizm potensialı haqqında dolğun təsəvvür yarada bilir və hər kəsi Azərbaycana gəlməyə, ölkə turizminin malik olduğu zənginliklərə bir daha baxmağa həvəsləndirir”.

140 ölkənin qatıldığı müsabiqənin nəticələri Avstriyanın paytaxtı Vyanada baş tutan mükafatlandırma mərasimində açıqlanıb.

Xatırladaq ki, “Azerbaijan: Take Another Look” (“Azərbaycan: bir daha bax”) şüarı əsasında hazırlanan turizm tanıtım videoçarxı Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) tərəfindən keçirilən “Dünyada turizm sahəsində çəkilən ən yaxşı film və tanıtım çarxı” müsabiqəsində iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...