Beynəlxalq Muğam Mərkəzində caz festivalının nikbin notları FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində Bakı Caz Festivalının konsertləri silsiləsindən Yurı Honing kvartetinin konserti keçirilib. SİA-nın məlumatına görə, niderlandlı saksofon ifaçısı Yuri Honinqin akustik kvarteti 90-cı illərdən məşhurlaşmağa başlayıb. Musiqiçi özünü həm klassika həm də caz sahəsində sınayaraq böyük uğurlar qazanmağa nail olub.

Kvartet Bakı Caz festival tamaşaçılarına 2015-ci ildə üşıq üzü görən “Desire” (Arzular) albomundan kompozisiyalar təqdim ediblər. Konsert proqramında caz, pop, klassik janrların sintezini görmək mümkün olub.

Yuri Honinq kvartetinin konserti caz pərəstişkarlarına müəyyən mənada saksofon festival əhval –ruhiyyəsi yaradıb. Kvartet repertuarında olan populyar əsərləri ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə