“Ərtoğrul Cavid-100” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada Cavidlər nəslinin görkəmli nümayəndəsi, musiqişünas, tədqiqatçı, Hüseyn Cavidin istedadlı oğlu Ərtoğrul Cavidin anadan olmasının 100 illiyi münasibətilə “Ərtoğrul Cavid – 100” adlı kitab sərgisi açılıb.

Milli Kitabxanadan SİA-ya bildirilib ki, bir həftə davam edəcək sərgidə Ərtoğrul Cavidin əsərləri, not-musiqi əsərləri, haqqında yazılan kitablar nümayiş olunur.

Qeyd edək ki, qısa ömründə zəngin irs yaradan Ərtoğrul Cavid Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafında, xalq mahnılarının toplanıb nota salınmasında misilsiz xidmətlər göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə