Teatrın direktoru: "İstedadların cəlb olunması teatra yeni nəfəs gətirir" - ÖZƏL

"Teatrımız hər il kollektivimizə işçi qəbulu üçün müsabiqə elan edir, istedadlı gənclərin üzə çıxarılmasına və işə qəbulu ilə bağlı onlara şərait yaradır. Ötən ay elan etdiyimiz müsabiqədə onlarla gənc sənəd verib. Sevindirici haldır ki, iddiaçılar arasında təcrübəli aktyorlar, hətta Əməkdar artistlər də var". SİA-nın məlumatına görə, bu sözləri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.

O, əlavə edib ki, seçim turu sentyabrda 110-cu mövsümdə teatrımızı gənc kadrlarla təmin edə bilmək üçün çalışırıq. Ümumiyyətlə, teatrın xor, balet, orkestr və aktyor heyətinə yeni istedadların cəlb olunması teatra yeni nəfəs gətirir, maraqlı tamaşaların ərsəyə gəlməsinə imkan yaradır".

Bütün xəbərlər Facebook səhifəmizdə