"Prezidentimizə mənə verdiyi dəyər üçün minnətdaram" - ÖZƏL- RƏY

"Cənab Prezidentimizə mənə verdiyi bu yüksək dəyər üçün təşəkkür edirəm. İdman sahəsində qazandığım uğurlar, beynəlxalq yarışlarda Azərbaycanın bayrağını ucalara qaldırmağım daim Azərbaycan Respublikasının Pörezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Bu gün bu sevinci yaşamağımın səbəbi əziz prezidentimdir". SİA-nın məlumatına görə, bu sözləri 2 qat Paralimpiya çempionu, Heydər Əliyev Fondunun "Qızıl çinar" mükafatının sahibi İlham Zəkiyev deyib.

O, əlavə edib ki, "Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalı"na layiq görülməyim çiyinlərimə daha da məsuliyyət qoyur. Mən hər zaman Azərbaycan xalqının əsğəriyəm və verilən adlara, medallara layiq olmağa çalışacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...