"Ulu Öndər ölkəni ən çətin dövürdə xilas etdi"

"Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik etməsi, təhlükəsizlik orqanlarında işləməsi, geniş təcrübəyə malik olması ölkəmizin qarşılaşdığı problemlərin həllində böyük rol oynadı. İlk növbvədə 1993-cü ildə vətəndaş qarşıdurmasının qarşısı alındı. Azərbaycanda dövlət hakimiyyəti möhkəmləndirildi". SİA-nın məlumatına görə, bu fikirləri millət vəkili Aydın Mirzəzadə deyib.

O, bildirib ki, o dövrdə qeyri-qanuni hərbi dəstələr ləğv edildi: "Ulu Öndərin apardığı siyasət Azərbaycanın bir dövlət kimi möhkəmlənməsinə, beynəlxaql aləmdə nüfuzunun artmasına gətirib çıxardı. Bütün sahələrdə islahatlar keçirildi və uğurlar çoxaldı. 1994-cü ildə neft müqavilələrinin bağlanması Azərbaycanın öz təbii sərvətlərinə sahib olmasına imkan verdi. Bu da öz növbəsində ordan gələn gəlirlərlə ölkənin yenilənməsinə, vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasına gətirib çıxardı. Ulu Öndərin uğurlu fəaliyyəti ilə bağlı çox danışmaq olar. Heydər Əliyev ölkəni ən çətin dövrdə öz uzaqgörən siyasəti, biliyi ilə xilas etdi" .

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...