"Bu əsərlər böyük zövq və yüksək ustalıqla ərsəyə gəlib” - Özəl - Rəy

"Gözəl rəsimlər sənətsevərlərin hər zaman diqqətini çəkir. Yeni açılan tanınmış rəssam və heykəltəraş, musiqiçi Vədud Müəzzinin fərdi sərgisi ölkəmizdə ilk dəfə deyil. Rəssamın ölkəmizdə ilk sərgisi 2002-ci ildə ulu öndər Heydər Əliyevin göstərişi və iştirakı ilə təşkil edilib. Daha sonra fırça ustasının 2013 və 2018-ci illərdə də Bakıda sərgiləri açılıb". Bu sözləri SİA-ya açqlamasında Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov bildirib.

O, əlavə edib ki, budəfəki sərgidə Vədud Müəzzinin realist üslubda yaratdığı 30 yağlı boya və 120 akvarel əsəri nümayiş olunur: "Bu nümunələr içərisində qədim Bakı mövzusu və Azərbaycanın gözəl təbiətini tərənnüm edən əsərlər yer alır. İnanıram ki, bu sərgi paytaxtımızın mədəni həyatında hadisəyə çevriləcək. Çünki bu əsərlər böyük zövq və yüksək ustalıqla ərsəyə gəlib”.

Bütün xəbərlər Facebook səhifəmizdə