Alla Puqaçovanın yubileyi qeyd olunacaq - 70 yaş

SSRİ Xalq artisti, Azərbaycanın “Dostluq” ordenin sahibi, məşhur Rusiya estrada müğənnisi Alla Puqaçova 70 illik yubileyini qeyd edir. Rusiya Prezidenti Vladimir Putin müğənnini yubileyi münasibətilə təbrik edərək, onun qeyri-adi istedadını, parlaq artistlik bacarığını, gənc istedadların üzə çıxmasında rolunu xüsusi qeyd edib. SİA-nın məlumatına görə, Alla Puqaçova Moskvada anadan olub və ilk populyarlığı müğənniyə Bolqarıstanda keçirilən “Qızıl Orfey” festivalında ifa etdiyi “Arlekino”, daha sonralar 1978-ci ildə Polşanın “Sopot” festivalında təqdim etdiyi “Krallar hər şeyə qadirdir” mahnıları gətirib. Rusiya estradasının primadonnasının repertuarında 500-dən çox mahnı var. İllər ötməsinə baxmayaraq Alla Puqaçovanın “Milyon al qızılgül”, “Qədim saat”, “Aysberq” və digər mahnıları dillər əzbəridir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...