"Odlar yurdu" diski sənətsevərlərin ixtiyarına verilib - ÖZƏL

Tanınmış musiqiçilər, hər ikisi Əməkdar artist Elçin Həşimov (tarzən) və Elnur Əhmədovun (kamança ifaçısı) ifalarının yer aldığı yeni disk Təbrizdə işıq üzü görüb. Bu barədə məlumatı sənət nümayəndələri SİA-ya bildiriblər.

Qeyd edək ki, sayca üçüncü olan disk “Odlar yurdu” adlanır. Yeni diskdə hər iki ifaçının solo və duet ifaları, Azərbaycanın qədim xalq rəqsləri, kinofilmlərdən musiqilər mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə