"Bakı Biznes Mərkəzində Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosasiyasının (AQSİA) dəstəyi ilə keçirilən tədbirdə milli geyim kolleksiyasi ve “Toxunuş” kolleksiyasiyamın numayişi oldu. “Xanımın zənbili” adlı auksiondan sonra viktorinanın qalibləri sənətkar qadınların əl işlərindən ibarət məhsullarla təltif edildi. İştirak edən xanımların bir neçəsi, eləcə də mən mükafatlandırıldım". Bu sözləri SİA-ya açıqlamasında tanınmış modelyer-dizayner, Azerbaycan Milli Geyim Merkezinin rehberi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, AQSİA-nin Sosial məsələlər komisiyasinin rəhbəri Gülnarə Xəlilova bildirib.

Qeyd edək ki, tədbirdə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosasiyasının idarə heyətinin sədri Səkinə Babayeva bayram münasibəti ilə Azərbaycan xanımlarını təbrik edib, dövlət başçısı cənab İlham Əliyev və birinci vitse-prezident xanım Mehriban Əliyevaya diqqət və qayğıya görə təşəkkürünü bildirib. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi, Respublika Sahibkarlar Təşkilatları milli konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi rəsmilərinin və tərəfdaşların çıxışları dinlənilib. Tədbirin rəsmi hissəsindən sonra, bədii hissə start götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...