Üç müəllif qalib elan olunub -XALÇAÇILIQ

Xəbər verdiyimiz kimi Bakıda “Şekspir xalçalarda” müsabiqəsi keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və “British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə 2016-cı ildə elan edilib.

Münsiflər heyətinin qərarı ilə hər biri ayrıca nominasiyada fərqlənən üç xalça seçilib. Müsabiqənin qalibləri Telman Şıxıyev (mütləq qalib), Sürəyya Muğanlı (ümumi kateqoriyada qalib) və Aydan Sadıqbəyli (münsiflər heyətinin xüsusi mükafatı) olub.

Qeyd edək ki, bu xalçalar bir ay ərzində muzeydə nümayiş etdiriləndən sonra Britaniya muzeylərinə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə