Avropa Caz Festivalı Türkiyədə keçiriləcək

26-cı Avropa Caz Festivalı martın 2-dən 21-dək Türkiyənin İzmir şəhərində keçiriləcək. SİA-nın məlumatına görə, festivala Əhməd Adnan Sayqun İncəsənət Mərkəzində Ferit Odmanın konserti ilə start veriləcək. İfaçı “Autumn in New York” və “Nommo” albomlarından kvartet aranjimanlarını təqdim edəcək. Festival çərçivəsində 9 konsertdən başqa, seminar və film nümayişləri də nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə