İstiqlal Muzeyində 100-ə yaxın eksponat nümayiş olunur

Azərbaycan İstiqlal Muzeyində yaradılan II Dünya müharibəsi illərində Azərbaycan xalqının fədakarlığını əks etdirən daimi ekspozisiyada 100-ə yaxın eksponat nümayiş olunur. SİA-nın məlumatına görə, bu mövzuya həsr olunan 700-dən artıq eksponat toplanıb. Bunlar II Dünya müharibəsini əks etdirən orden və medallar, qəhrəmanların şəxsi əşyaları, fotoşəkillər, rəsm əsərləri, kitablardır.

Qeyd edək ki, Muzeydə dəfələrlə qələbənin yubileyinə, müharibə qəhrəmanlarının əziz xatirəsinə həsr olunmuş tədbirlər, sərgilər, açıq dərslər keçirilir. Moskvadakı Böyük Vətən müharibəsi muzeyində 2015-ci il, aprelin 28-də “Birlikdə əldə edilmiş Qələbə” Forumu çərçivəsində faşizm üzərində Qələbənin 70 illiyi ilə əlaqədar “Nasizmə qarşı mübarizədə birlikdə idik” adlı sərgi açılıb.

Azərbaycan həsr olunmuş ekspozisiyada Azərbaycan İstiqlal Muzeyinin fondlarından 47 eksponat nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə