Daşkənddəki Mədəniyyət Mərkəzinə çox sayda kitab göndərilib

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə (AMM) çoxsaylı kitab kolleksiyası göndərib. SİA-nın məlumatına görə, Mədəniyyət Mərkəzində Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və digər sahələri əhatə edən bu kitabların sərgisi də açılıb.

Kitablar daha sonra Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində yaradılacaq Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar mərkəzinə veriləcək. Bundan başqa,son beş ildə AMM-nin Daşkənddə özbək dilində çap etdirdiyi nəşrlər də mərkəzə hədiyyə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...