Gənc yazarların “Mirzə Şəfi Məclisi”nin ilk toplantısı olub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında təşkil olunan gənc yazarların “Mirzə Şəfi Məclisi”nin 2019-cu ilin ilk toplantısı olub. SİA-nın məlumatına görə, toplantı Azərbaycan Xalça Muzeyində keçirilib.Uşaqlar muzeydəki eksponatlarla tanış olublar. Xalçalarla maraqlanan uşaqlardan bir neçəsi muzeyin nəzdindəki xalçatoxuma kurslarına yazılıblar.

Xalça sexində Məclisin qonağı şairə Sənəm Səbayel xalçaçı qadınlara “Zəhmətkeş qadın əlləri” şeirini oxuyub. Məclisin sədri Gülzar İbrahimova “Bir zalım şah vardı” kitabını xalçaçı qadınlara hədiyyə edib.

“Mirzə Şəfi Məclisi”nin toplantısı “Yaradıcı əllər” zalında təşkil edilib. Məclisdə uşaqlar yazdıqları yeni əsərləri oxuyub və əsərlər müzakirə olunub, onlara dair fikir, təklif və rəylər bildirilib.

Valideynlər “Mirzə Şəfi Vazeh Məclisi”nin Facebook-da səhifəsinin yaradılmasını öhdələrinə götürüblər. “Mirzə Şəfi Məclisi”nin sədri, Gülzar İbrahimova bildirib ki, Məclisin yaradılmasında əsas məqsəd istedadlı uşaqlara diqqət göstərmək, onların yaradıcılığını dəstəkləməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə