Azərbaycan “Zolotoy klyuçik” adlı festivalda iştirak edib FOTOLAR

Rusiya Federasiyasının Həştərxan şəhərində gənc maestroların “Zolotoy klyuçik” adlı Xəzəryanı ölkələrin XXV yubiley festivalının qala konserti keçirilib. SİA-nın məlumatına görə, konsertdə Rusiya Federasiyası, Azərbaycan, Dağıstan və Qazaxıstandan olan iştirakçılar çıxış ediblər.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami adına Mədəniyyət Mərkəzinin “Məkan” rəqs ansamblı konsertdə uğurla çıxış edib. Rəqs ansamblı laureat adını qazanıb və diplomla təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə