İrəvan teatrının bölgələrə qastrol səfəri davam edir FOTOLAR

Yerli icra hakimiyyəti orqanlarının təşəbbüsü ilə İrəvan Dövlət Azərbaycan Dram Teatrı Sabirabad rayonunda qastrol səfərində olub. SİA-nın məlumatına görə, teatr kollektivi Sabirabad mədəniyyət mərkəzində şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” tamaşası ilə rayon sakinləri qarşısında çıxış edib.

Tamaşa izləyicilər tərəfindən böyük sevgi və alqışlarla qarşılanıb.

Tamaşanın quruluşçu rejissor, tərtibatçı rəssam və xoreoqrafı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, bəstəkarı Muxtar Abseynov, rejissor assistenti Bəhruz Hikmətoğlu, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.

Rollarda aktyorlar Natiq Həziyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Rövşən Cəfərov, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Güney Əliyeva, Gültac Əsgərova, Səbinə İmamverdiyeva, Arzuman Tanrıverdiyev və Bəhruz Hikmətoğlu çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə