Məşhurlar Ulu Öndəri belə andılar FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 15 il keçir. SİA-nın məlumatına görə, Ulu Öndəri adi insanlarla yanaşı tanınmış simalar da böyük ehtiramla anırlar.

Xalq artisti Zülfiyyə Xanbabayeva: "Ulu Öndər Heydər Əliyevi ehtiramla anırıq".

Xalq artisti Aygün Kazımova: "Ümummilli Lider Heydər Əliyevi ömrümüzün sonuna qədər hörmətlə anacağıq".

Xalq artisti Gülyaz Məmmədova: "Böyük şəxsiyyət Heydər Əliyevə Allah rəhmət eləsin!"

Xalq artisti Gülyanaq Məmmədova: "Ulu Öndəri böyük ehtiramla anırıq".

Xalq artisti Firəngiz Mütəllimova: "Bu gün Ümummmilli Lider Heydər Əliyevin anım günüdür. Allah Ona rəhmət eləsin. Dahi insanın biz mədəniyyət və incəsənət adamlarına etdiyi yaxşılıqları heç vaxt unutmarıq".

Əməkdar artist Rəşad İlyasov: "Ümummilli Lideri dərin hörmət və ehtiramla anırıq. Ruhu şad olsun".

Əməkdar artist Aybəniz Haşımova: "Ulu Öndər Heydər Əliyevin sayəsində dahi ustadlardan dərs almışam. Böyük şəxsiyyət musiqi dünyasının bütün açılmaz qapılarını üzümə açdırıb. Məni peşəkar səhnəyə gətirdiyi üçün Ulu Öndərə ömrümün sonuna qədər borcluyam. Allah Ona rəhmət eləsin!"

Müğənni Günay İbrahimli: "Allah Ulu Öndərimizə rəhmə eləsin!"

Müğənni Zamiq Hüseynov: "Ulu Öndərimizi sevgi ilə anırıq".

Müğənni Şəbnəm Tovuzlu: "Bu gün cismən yoxluğuna alışa bilmədiyimiz Ümummilli Liderimiz Heydər Əliyevin anım günüdür. Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazan, müstəqil Azərbaycanımızın memarı və qurucusu olan Ulu Öndərimizə Allah rəhmət eləsin!"

Müğənni Təranə Qumral: "Böyük şəxsiyyət Heydər Əliyev, adınınızı qürurla anırıq".

Müğənni Sevda Yahyayeva: "Ulu Öndərimizi sevgi ilə anırıq".

Müğənni Xatun Əliyeva: "Ümummilli Lider, ruhunuz şad olsun".

Müğənni Vasif Məhərrəmli: "Ulu Öndər Heydər Əliyevi dərin hörmətlə anırıq".

Müğənni Bahar Lətifqızı: "Böyük şəxsiyyət, sizi heç vaxt unutmadıq, unutmayacağıq. Allah rəhmət eləsin".

Müğənni Zenfira İbrahimova: "Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqilliyimizin xilaskarı, türk dünyasının böyük oğlu Ümummilli Lidermiz Heydər Əliyev azərbaycanlı olmasından necə böyük qürur duyduğu kimi, bizlər də onunla fəxr edir, qürur duyuruq. Allah sizə qəni-qəni rəhmət eləsin!"

Aparıcı Xoşqədəm Hidayətqızı: "Böyük Lider, şəxsiyyət, siyasətçi Ulu Öndər Heydər Əliyevi sevgi ilə anırıq. Həyatıma günəş kimi doğan, arzularımı gerçəkləşdirən, mənim və mənim kimi minlərlə şəxsin təhsil almasında rolu olan atamız, daim qəlbimizdəsən".

Aparıcı Azər Zahid: "Ümummilli Lider Heydər Əliyev, Allah sizə qəni-qəni rəhmət eləsin!"

Aparıcı İlham Mirzəyev: "Allah rəhmət eləsin".

Aparıcı Lətafət Ələkbərova: "Dahilər ölmür, unudulmur. Sizi unutmadıq. Ulu Öndərimizi hörmət və sevgiylə anırıq".

Aparıcı Lalə Azərtaş: "Ulu Öndər Heydər Əliyev siz hər zaman bizimləsiniz. Böyük şəxsiyyət siz qəlblərə sevgi ilə həkk olunmusunuz. Sizə olan sevgimiz sözlərin qarşısında acizdir".

Aktyor Fərda Xudaverdiyev: "Ulu Öndərimizi dərin hörmətlə anırıq".

İdmançı Zabit Səmədov: "Allah rəhmət eləsin!"

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə