2019-cu il MDB-də Kitab İli elan olunub

2019-cu il Müstəqil Dövlətlər Birliyində Kitab İli elan olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 2019-cu ilin MDB-də Kitab İli elan olunması ilə əlaqədar, gənc nəslin bədii ədəbiyyata marağını artırmağa, kitab və illüstrasiya sərgilərinin təşkilinə, kitabların və mütaliənin təbliğinə yönəlmiş mədəni-maarif tədbirləri keçirilməsinə xüsusi diqqət yetiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə