Nyu-Yorkda “Bakı prosesi”nin təqdimatı keçirilib

Nyu-Yorkda baş tutan BMT-nin Sivilizasiyalar Alyansının Nazirlər Konfransında “Bakı prosesi”nin təqdimatı keçirilib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, Nazirlər Konfransında BMT-nin baş katibi, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi və üzv ölkələrdən yüksək səviyyəli rəsmilər iştirak edib.

Konfransda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev müasir dünyada gedən proseslər, Azərbaycanın dünya miqyasında mədəniyyətlər və sivilizasiyalararası dialoqa verdiyi töhfələr, həyata keçirdiyi layihələrə toxunub. Nazir çıxışında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2008-ci ildə “Bakı prosesi”nin, 2010-cu ildə isə BMT-nin Baş Assambleyasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun irəli sürüldüyünü bildirib. O qeyd edib ki, bu gün “Bakı prosesi” BMT-nin dörd ixtisaslaşmış beynəlxalq təşkilatının tərəfdaşlıq etdiyi yeganə platformadır və bu fakt 2017-ci ildə BMT-nin baş katibi tərəfindən xüsusi qeyd edilmiş və ötən ilin dekabr ayında BMT tərəfindən qəbul edilmiş qətnamədə əks olunub.

Daha sonra “Bakı prosesi”nin 10 illik yubileyinə həsr olunan film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...