Hindistan şirkətinin ekranlaşdırdığı bədii film yaxın zamanlarda hazır olacaq

Hindistanın paytaxtı Dehli şəhərində bu ölkənin Beynəlxalq Media və Əyləncə Sənayesi Palatasının (İCMEİ) təşkilatçılığı ilə “Hindi Cinema Samman Samaroh” adlı tədbir keçirilib. Tədbir ölkənin tanınmış rejissorların, prodüserlərin, aktyorların və bəstəkarların film sənayesinə verdiyi töhfələrin qiymətləndirilməsi və onların təltif edilməsi məqsədi daşıyıb.

Ölkəmizin Hindistandakı səfirliyindən SİA bildirilib ki, “Bollivud” ulduzları Zarin Xan, Sancay Kapur və onun qardaşı prodüser Boni Kapurun, eləcə də bir çox dövlət məmurlarının, kino şirkətləri nümayəndələrinin iştirak etdikləri tədbirdə Hindistan kino sənayesinin inkişafına və bu sahədə ikitərəfli münasibətlərə töhfə vermiş ölkələrin səfirləri də təltif olunub.

Azərbaycanın Hindistandakı səfirliyinin bu sahədə apardığı fəaliyyətə görə, səfir Əşrəf Şıxəliyev də təşkilatçılar tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, səfirliyin dəstəyi ilə sentyabr ayında Azərbaycanda Hindistan “DVV Production” şirkəti tərəfindən tanınmış kino ulduzlarından olan Ram Çaran Tecanın iştirakı ilə bədii filmin çəkilişi həyata keçirilib. Yaxın zamanlarda eran əsərinin premyerası da nəzərdə tutulur. Azərbaycanın “Nərimanfilm” şirkəti ekran əsərinin çəkilişində yerli tərəfdaş kimi iştirak edib.

“Bollivud” və Hindistanın sürətlə güclənən kino şirkətləri ilə münasibətlərin inkişafı, bu çərçivədə tanınmış hind aktyorlarının ölkəmizdə ekranlaşdırılan filmlərin çəkilişində iştirakı, Hindistandan ölkəmizə turizm axınının əhəmiyyətli dərəcədə artmasına təsir göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...