"Mədəniyyət sahəsinə ayrılan vəsait ən azı büdcənin 2 faizini təşkil etməlidir"

“Azərbaycan cəmiyyətində asayışı təkcə Daxili İşlər Nazirliyi bərqərar etmir. Əgər biz insanların asudə yaşamasını istəyiriksə, mədəniyyətli olmalıyıq. Mədəniyyətin içi bilik, zəka ilə doludur. Mədəniyyətə diqqət artmalı və büdcədəki bu sahəyə ayrılan vəsait artmalıdır. Dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılan vəsait ən azı büdcənin 2 faizini təşkil etməlidir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentin bu gün keçirilən iclasında dövvlət büdcəsinin müzakirələri zamanı çıxış edərkən deyib.

Deputat bildirib ki, dövlət büdcəsində kinoya ayrılan vəsait artırılmalıdır.

Onun sözlərinə görə, 1.5 milyonla kinonu irəli aparmaq mümkün deyil: “Kino yalnız insanları nəyisə göstərmək deyil. Bizdə dublyaj sənəti var. Dublyaj sənəti dilimizə böyük töhfələr verə bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə