Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr edilən konsert keçiriləcək

Noyabrın 10-da Moskvada Xilaskar İsa Məbədinin zalında Müslüm Maqomayevin xatirəsinə həsr edilən “Sən mənim melodiyamsan” adlı konsert proqramı təqdim olunacaq. SİA-nın məlumatına görə, konsert Aleksey İsaakovun “Bütün zamanlarda yaşayacaq adlar” layihəsi çərçivəsində reallaşacaq.

Konserti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Sərhədçilər Ansamblı müşayiət edəcək. Ansamblın rəhbəri Rusiyanın Əməkdar artisti Andrey Kapralov, dirijoru Yevgeni Oleynikovdur.

Konsertdə estrada artistləri, Rusiyanın “Qolos”, “Romantika romansa” televiziya layihələrinin iştirakçıları çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə