Musiqili Teatr yeni mövsümü açıq elan edib FOTOLAR

Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu teatr mövsümünü Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində, dahi bəstəkarın ölməz əsəri - “Arşın mal alan” musiqili komediyası ilə açıq elan edib. SİA-nın məılumatına görə, yeni mövsümün açılışı münasibətilə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev kollektivlə birlikdə tamaşaçıları təbrik edib, sənət ocağının qazandığı uğurlardan və qarşıda duran vəzifələrdən danışıb.

Sonra teatrın repertuarında özünəməxsus yer tutan səhnə əsəri teatrsevərlərin ixtiyarına verilib.

Təqdim olunan əsərdə rolları Əməkdar artistlər Nərgiz Kərimova (Gülçöhrə), Əzizağa Əzizov (Soltan bəy), Əkbər Əlizadə (Süleyman), Almaz Ələsgərova (Cahan xala), eləcə də, aktyorlar Səmədzadə Xasıyev (Əsgər), Elxan İsmayılov (Vəli), Ülviyyə Əliyeva (Telli), Mehriban Zalıyeva (Asya) ifa edirdilər. Zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə