Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu öz tamaşaçıları və şəhərimizin qonaqları üçün maraqlı repertuar tərtib edib. SİA-nın məlumatına görə, kollektiv mayın 25-i saat 16:00-da ölməz M.F.Axundzadənin “Hekayəti-Xırs Quldurbasan” əsərini nümayiş etdirəcək.

Daha sonrakı günlərdə, həftənin şənbə günü 26 may tarixində axşam saat 19:00-da teatr 90-cı mövsümün daha bir premyerası ilə, saat 19:00-da görkəmli Azərbaycan alimi Lütfi Zadənin xatirəsinə həsr olunmuş F.Dürrenmattın “Dəlixanada qətl” əsəri əsasında hazırlanmış tamaşa ilə teatrsevərlərin görüşünə gələcək. 27 may tarixində saat 19:00-da isə teatrın repertuarında yer alan, Azərbaycan teatr tarixində ilk dəfə olaraq dram janrında təqdim edilən M. Füzulinin “Leyli və Məcnun” tamaşası nümayiş olunacaq.

Hər zaman olduğu kimi teatr kiçik yaşlı tamaşaçıları da sevindirməkdə davam edir. Məktəblilər mayın 26-sı gündüz saat 12:00 və 14:00-da S.S.Axundov , A. Şaiq “Tıq-tıq xanım”, 27 may saat 12:00 və 14:00-da isə C.Rodari “Çipollino” tamaşalarını seyr edəcəklər.

Tamaşalarda teatrın istedadlı aktyorları, Əməkdar artistlər Qurban İsmayılov, Sövqi Hüseynov, Nofəl Vəliyev, gülər Nəbiyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar Elnur Kərimov, Elnur Hüseynov, Mehriban Abdullayeva, Günel Məmmədova, Zümrüd Quliyeva, Şəbnəm Hüseynova, Asya Atakişiyeva, Vüsal Mehrəliyev, Anar Səfiyev, Anar Seyfullayev, Müşfiq Əliyev, Eyvaz İbrahimov, Elşən Çarhanlı, Elnur Kərimov, Elşən Hacıbabayev və b. ifa edəcəklər.

Gündüz tamaşaları 5 AZN, axşam isə 8 AZN olmaqla biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından (tiket.az-a daxil olmaqla onlayn vasitəsi ilə də sifariş edə bilərsiziniz) və Asan Xidmət filiallarından əldə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə