“Qar kraliça” tamaşasının premyerası olub FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün H.K.Andersenin “Qar kraliça” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.

SİA-nın məlumatına görə, tamaşanın rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, plastik həlli Ceyhun Dadaşovdur. Rolları Mehriban Hüseynova, Zemfira Əbdülsəmədova, Könül Əbilova, Anar Seyfullayev, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Ceyhun Məmmədov, Qəmər Məmmədova və digər aktyorlar ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə