Əməkdar artistin Nyu-Yorkda mühazirə-konserti olacaq

Fevralın 9-da Nyu-York Universitetində Azərbaycanın Əməkdar Artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyarovanın mühazirə-konserti olacaq. SİA-nın xəbərinə görə, mühazirə-konsert Azərbaycan musiqisinin XX əsrin ikinci yarısından başlayaraq indiyədək olan mərhələsini əhatə edəcək. Tədbirdə Q.Qarayev, V.Mustafazadə, C.Hacıyev, A.Rzayev, A.Əlizadə, A.Məlikov, F.Əlizadə və F.Sücəddinovun əsərləri səsləndiriləcək.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə