Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gədəbəy rayonunda “Rəngli arzular” adlı sərgi açılacaq. SİA-nın məlumatına görə, layihə rəssamlıq bacarığı olan istedadlı gəncləri üzə çıxarmaq, regionlarda təhsil alan istedadlı gəncləri tanıtdırmaq, habelə bu sahəyə marağı olan gənclərin təcrübələrini artırmaq məqsədi daşıyır. Sərgiyə 30 iştirakçı 50-dək sənət əsəri təqdim edə bilər. Layihəyə qoşulmaq istəyən fırça ustaları öz işlərinin fotolarını rengliarzular@mail.ru elektron ünvanına dekabrın 25-dək göndərə bilər.

Layihənin rəhbəri Təhminə Musazadədir. Sərginin dekabrın 27-də açılması nəzərdə tutulur.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə