“Quş dili” adlı yeni tamaşanın premyerası keçiriləcək

“YUĞ” Dövlət Teatrında “Quş dili” adlı yeni tamaşanın premyerası keçiriləcək. SİA-nın məlumatına görə, Təranə Vahidin hekayələri əsasında Əbdülqəni Əliyevin quruluşunda hazırlanan tamaşanın məşqləri artıq yekunlaşmaq üzrədir. Tamaşanın quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. Səhnə əsərində Əməkdar artist Yaqut Paşazadə, Humay mükafatı laureatı Qasım Nağı, aktyorlar Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və İlahə Məmmədzadə iştirak edir.

“İnsanın ən böyük təlaşı - itirmək qorxusudur. Bəzən insan içini gəmirən vahimədən xilas olmaq, tapındığı Allahdan, yaşadığı həyatdan nə istədiyini anlamaz. Həyatın ən vacib məqsədi - düzgün olan yolu tapmaqdır. Əhdə sadiq qalmağın yeganə yolu - arif olmaqdır! Yol boyu sayrışan işarələri oxumaq - cəsarət, səmimiyyət, həssaslıq istər. İşarələrin də dili var”.

Hadisə gözdən uzaq bir dağ kəndində baş verir. Nə baş verir? Bir gecə kəndə Əzrayıl gəlir - Əzrayılın gəlişi həmişə hadisədir... Ölüm mələyi qızmarda və sazaqda bərkimiş canlardan birini aparır. Hava nə qədər sərt olsa da, amansızlıqda insan laqeydliyinə çatmaz - külüngün torpağa batmadığı bir şaxtada qoca bağban yerdə qalmış tənha ölüyə qəbir qazır, dəfn edir... Qaydalar belədir: kütlədən seçildinsə, sınaqlarla üzləşəcəksən... aşkar sınağın mükafatı isə gizli gələr həmişə... Qoca bağban da həyatının ən ağır imtahanı ilə – ilk, məsum sevgisiylə sınanacaq...

“Tamaşada cərəyan edən hadisələr gözdən uzaq bir dağ kəndində baş verir. Bir gecə kəndə Əzrail gəlir. Əzrailin gəlişi həmişə hadisədir... Ölüm mələyi qızmarda və sazaqda bərkimiş canlardan birini aparır. Hava nə qədər sərt olsa da, amansızlıqda insan laqeydliyinə çatmaz - külüngün torpağa batmadığı bir şaxtada qoca bağban yerdə qalmış tənha ölüyə qəbir qazır, dəfn edir... Qaydalar belədir: kütlədən seçildinsə, sınaqlarla üzləşəcəksən... Aşkar sınağın mükafatı isə gizli gələr həmişə. Qoca bağban da həyatının ən ağır imtahanı ilə - ilk, məsum sevgisi ilə sınanacaq.

Tamaşada cavab yoxdur, xeyli maraqlı suallar var”

Bütün xəbərlər Facebook səhifəmizdə