Bakı Şopinq Festivalının Ani Lotereya uduşları davam edir

Bakı Şopinq Festivalı noyabrın 15-də başa çatsa da, alıcıların festival sevincləri hələ bir müddət davam edəcək. SİA-nın məlumatına görə, “Festival Surprizləri” adlı ani stimullaşdırıcı lotereya biletlərinin alıcılara təqdim edilməsi noyabrın 26-dək davam edəcək. Lakin əvvəlki günlərdən fərqli olaraq, noyabrın 16-dan etibarən, qalan 10 gün ərzində alıcılara lotereyaların təqdim edilməsi yalnız iki məkanda Park Bulvar və Metro Parkda davam etdiriləcək.

Festival dövründə təşkil edilən lotereya uduşları zamanı qaliblər müxtəlif hədiyyələr və hədiyyə kuponları qazanırlar. Lotereyada bəxti gətirənlər Metroparkdan plazma televizorları, Bravo hipermarketindən “Mikromax” smartfonları, Optimal Elektroniksdən supermüasir sobalar, Park bulvardan ən yeni videokameralar, Baku Elektroniksdən tozsoranlar və festival iştirakçısı olan digər mağaza və ticarət mərkəzlərindən saysız-hesabsız hədiyyələr qazanırlar.

Lotereyanın şərtləri və oynanılmış uduş fondunun nəticələri barədə məlumat festivalın rəsmi (www.bakushopfest.com) saytında yerləşdirilir. Əlavə məlumat üçün lotereyanın keçirildiyi müddət ərzində 1547 telefon nömrələrinə zəng etmək və ya info@bakushopfest.com elektron poçt ünvanına yazmaq olar.

loading...