“Muğam axşamları” layihəsinin növbəti konserti olub

Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsinin ikinci mərhələsinin növbəti konserti olub. Mərkəzdən SİA-ya bildirilib ki, Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallasan konsertdə “Bayatı Qacar” və “Şahnaz” muğamları səsləndirilib.

Həmçinin konsertdə xanəndələr Qəzənfər Abbasov və Nuriyyə Hüseynova, gənc ifaçılar Ülviyyə Məmmədzadə və Nüşabə Kərimovanın iştirakı ilə xalq mahnıları və təsniflər səsləndirilib.

Gecədə xanəndələr İlhamiz İsmayılov (tar), Bayram Əliyev (kamança), İdris Tağıyev (balaban) və Elnur Əliyev (nağara) müşayiət ediblər.

Qeyd edək ki, layihənin növbəti konserti noyabrın 29–da “Qatar”, “Dəşti”, “Mirzə Hüseyn Segahı”na həsr olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə