“Jara” festivalının təşkilatçıları mətbuat konfransı keçirib FOTOLAR

“Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçıları – tanınmış müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov, habelə festivalın iştirakçıları Valeriya, İosif Priqojin, Qlyuk’oza, Anita Tsoy, Ani Lorak, LOBODA mətbuat konfransı keçirirlər. SİA-nın məlumatına görə, Emin tədbir iştirakçılarını salamlayaraq, festivala qatılan hər kəsə təşəkkür edib, “Jara”nın proqramı haqqında məlumat verib. Bildirib ki, festivalda iştirak etmək üçün Bakıya musiqiçilər, rəqqaslar və onları müşayiət edən heyətlərlə birlikdə 500-dən çox qonaq gəlib. Festivalı hər gün səkkiz min tamaşaçının izləyəcəyi gözlənilir.

Mətbuat konfransında festivalın əhəmiyyətindən, burada ifa ediləcək mahnılardan söz açılıb. Həmçinin müğənnilərin Bakıya tək deyil, ailə üzvləri ilə birgə gəldikləri, Xəzər sahillərinin istirahət üçün gözəl məkan olduğu vurğulanıb. Müğənnilər “Jara”ya xüsusi hazırlaşdıqlarını diqqətə çatdırıb, bu il festivalın müddətinin artırılmasından məmnun qaldıqlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə