Fəxrəddin Manafov sevənləri ilə görüşəcək

Xalq artisti Fəxrəddin Manafov sevənləri ilə görüşəcək. SİA-nın məlumatına görə, görüş avqustun 2-də YARAT Müasir İncəsənət Məkanında baş tutacaq.

Aktyor Milli Kino Gününü pərəstişkarları ilə birlikdə qeyd edəcək. F.Manafov ona ünvanlanan sualları cavablandıracaq, sevənləri ilə şəkillər çəkdirəcək.

Daha sonra mərkəzdə F.Manafov və türkiyəli aktrisa Meral Konratın çəkildiyi “Təhminə” filmi nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə