Parisdə irqçiliyə qarşı nümayiş keçirildi

Parisdə irqçiliyə qarşı nümayiş keçirildi

Fransanın paytaxtdı Parisdə irqçiliyə qarşı nümayiş keçirilib. SİA xəbər verir ki, Parisin Respublika meydanına toplaşan çoxlu sayda Fransa vətəndaşı "İrqçiliyə yox" şüarları səsləndirib.

Qeyd edək ki, noyabrın 3-də ölkədəki Milli Assambleyada “Yalmaz Fransa” partiyasından olan qaradərili deputat Karlos Martens Bilonqo çıxış edərkən ifrat sağçı Milli Birlik deputatı Qrequar de Fournasın “Afrikaya geri dönsün” sözü ölkədə “irqçilik” məsələsini yenidən gündəmə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə