ABŞ-da təyyarələr toqquşub - 6 nəfər ölüb

ABŞ-da təyyarələr toqquşub - 6 nəfər ölüb

ABŞ-ın Texas ştatında havada toqquşan iki Boeing B-17 və Bell P-63 tipli nümayiş təyyarəsində olan 6 nəfərin həyatını itirdiyi bildirilib. SİA xəbər verir ki, Dallas dairəsinin hakimi Klay Cenkins, bu səhər "Twitter" hesabında bir paylaşımda, dünən Dallas İcra Aeroportunda təşkil edilən hava şousu zamanı toqquşan iki təyyarədə olan 6 nəfərin həyatını itirdiyini açıqlayıb.

"Səlahiyyətlilər bu gün mərhumların təhqiqatı və şəxsiyyətinin müəyyən edilməsi üzərində işi davam etdirəcəklər. Zəhmət olmasa, onların ailələri və bütün əlaqədarlar üçün dua edin", - deyə, Cenkins bildirib.

Federal Aviasiya Administrasiyasının verdiyi açıqlamada, Dallas şəhərinin təxminən 16 kilometr kənarında yerləşən Executive Hava Limanında hava nümayişi zamanı iki təyyarənin havada toqquşduğu qeyd edilib. Tamaşaçılar tərəfindən çəkilən və sosial mediada paylaşılan görüntülərdə köhnə tipli iki nümayiş təyyarəsinin toqquşduqdan sonra yerə çırpıldığı və oradan alov topunun qalxdığı görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə